Şabran şəhərində sözün həqiqi mənasında rəzalət yaşanır.
Lent.az-ın məlumtına görə, Dəvəçiçayın şəhərdən keçən hissəsi zibilliyə çevrilib. Aylardı çayın sahilindən zibil yığışdırılmır. Nəticədə antisanitariya vəziyyəti yaranıb. Ətraf üfunət iyi verir.
Acınacaqlısı həm də odur ki, bu çayın suyundan həm məişətdə, həm də həyatyanı sahələri sulanmaqda istifadə edilir. Bu zibili çayın ətrafından kimlərin və nə vaxt təmizləycəyini də Şabranda heç kim bilmir...
...Pandemiya isə davam edir...