Cinayətdə şübhəli bilinən 101 nəfər saxlanıldı
01 aprel 2024 10:08 (UTC +04:00)

Cinayətdə şübhəli bilinən 101 nəfər saxlanıldı

30-31 mart tarixlərində ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 101 nəfər saxlanılıb.

# 1857
avatar

Sevinc Fərid

Oxşar yazılar