Cəlilabbadda "Mecedes"  betona çırpıldı,  sürücü ağır yaralandı -FOTO
25 aprel 2024 03:26 (UTC +04:00)

Cəlilabbadda "Mecedes" betona çırpıldı, sürücü ağır yaralandı -FOTO

Cəlilabad rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 88 km-də, Cəlilabad rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı betona çırpılıb.

Qəza nəticəsində nəqliyyat vasitəsini idarə edən sürücü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1665
avatar

Oxşar yazılar