Cəlilabadda 1 hektara yaxın meşəlik ərazidə yanğın baş verib.
Lent.az APA-nın cənub bürosuna istinadən xəbər verir ki, rayonun Oğrubulaq və Bəcirəvan kəndləri yaxınlığında meşəlik ərazidə yanğın baş verib.
Yanğının qeydə alındığı əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları və əməkdaşları cəlb olunub.
Kənd sakinlərinin də köməkliyi ilə yanğın lokallaşdırılıb. Yanğın artıq söndürülüb.
Faktla bağlı araşdırma aparılır.