Cəlilabad rayonunda çaqqal kənd sakinlərinə hücum edib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində baş verib.
Nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Cəlilabad rayon xəstəxanasına hospitalizasiya olunublar.
TƏBİB-dən bildirilib ki, Çaqqal dişləməsi səbəbilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1974 (2 nəfər qadın cinsli) və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub.
Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.