Cəlilabadda su quyusuna düşən ata və qızının meyitləri  tapıldı - YENİLƏNİB  - TƏFƏRRÜAT
14 avqust 2024 16:00 (UTC +04:00)

Cəlilabadda su quyusuna düşən ata və qızının meyitləri tapıldı - YENİLƏNİB - TƏFƏRRÜAT

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 43 yaşlı Məmmədov Həsənağa Təvəkkül oğlu və 20 yaşlı Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, əvvəlcə N. Məmmədova su quyusuna düşüb. Ata H. Məmmədov qızını çıxarmaq üçün quyuya düşsə də, özü də orada boğulub.

***
15:17

Cəlilabad rayonunda ata və qızı su quyusuna düşüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Rayon sakini Həsənağa Məmmədov və onun 20 yaşlı qızı Nəsibə Məmmədova su quyusuna düşüb. Bir qədər əvvəl atanın meyiti quyudan çıxarılıb./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410
avatar

Oxşar yazılar