Bu qədər "İphone 14" Azərbaycana buraxılmadı -  SƏBƏB
25 oktyabr 2022 18:57 (UTC +04:00)

Bu qədər "İphone 14" Azərbaycana buraxılmadı - SƏBƏB

Mobil telefonlar və müxtəlif məhsulların ölkəyə qanunsuz yollarla gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 176 qutu “Parliament” markalı siqaret aşkarlanıb.

Həmçinin ümumilikdə 25 ədəd müxtəlif markalı mobil telefon (6 ədəd “İphone 14 Pro”, 4 ədəd “İphone 14 Pro Max”, 4 ədəd “İphone 13 Pro Max”, 1 ədəd “İphone 13 Pro”, 2 ədəd “İphone 12 Pro”, 3 ədəd “İphone 11”, 2 ədəd “İphone 11 Pro”, 2 ədəd “İphone XS”, 1 ədəd “Samsung S22”), 48 ədəd mobil telefonlar üçün ekran, 3 ədəd qidalandırıcı başlıq, 21 ədəd qidalandırıcı naqil, “İphone” markalı mobil telefonlara aid 13 ədəd boş telefon qutusu, 2 ədəd ekran qoruyucusu, 5 ədəd “Apple Watch” markalı “ağıllı” saat, 3 ədəd “Galaxy Watch5 Pro” markalı “ağıllı” saat, 4 ədəd içərisində yalnız aksesuarları olan “Apple Watch” markalı “ağıllı” saata aid qutu, 1 ədəd “İPad” markalı planşet, 2 ədəd “İPad” markalı planşetə aid boş qutu, 1 ədəd “Apple Mac Book” markalı noutbuk, 30 ədəd video oyun diski, 50 ədəd elektron qəlyan, 13 ədəd plastik qablarda qida əlavələri, 16 ədəd ətir və 9 ədəd ətir dəsti, zərgərlik məmulatları - 2 ədəd qol saatı, 4 ədəd üzük aşkar edilib.

Faktla bağlı araşdıma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2172
avatar

Oxşar yazılar