Binəli Yıldırım Zəngilanda qəzaya düşdü  -YENİLƏNİB
20 oktyabr 2022 22:03 (UTC +04:00)

Binəli Yıldırım Zəngilanda qəzaya düşdü -YENİLƏNİB

Binəli Yıldırım Zəngilan aeroportu yolunda qəzaya düşməsi barədə xəbər paylaşıb.
Lent.az-ın xəbərinə görə, B.Yıldırım Tvitter hesabında Azərbaycana səfəri zamanı qəza keçirdiyini və profilaktika məqsədi ilə xəstəxanaya yerləşdiyini yazıb.
 

***

21.21

Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycanda qəzaya düşüb.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Tvitterdə bildirib.

Nazir qeyd edib ki, Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib. Hazırda onların və sürücünün səhhəti normaldır. 
 

# 9684
avatar

Oxşar yazılar