Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salındı
21 oktyabr 2022 14:05 (UTC +04:00)

Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salındı

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə səfiri "Twitter"də bildirib.

Qeyd edək ki, dünən Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib.

# 2139
avatar

Oxşar yazılar