Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
12 avqust 2025 11:19 (UTC +04:00)

Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı

Bakıda dənizdə batan gəncin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, xəbər verildiyi kimi avqustun 10-da "112" qaynar telefon xəttinə Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Dalğıc-xilasedicilər tərəfindən vətəndaş - 19 yaşlı Tapdıqov Cavid İlqar oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364

Oxşar yazılar