Biləsuvarda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində baş verib.
İmişli rayonu, Qızılkənd kənd sakini 27 yaşlı Heydarlı Elçin Natiq oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə İmişli rayonu, Bəcirəvan kənd sakini 37 yaşlı Nurullayev Hörmət Nüsrət oğlunu vurub. Nəticədə piyada hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi başlanıb.