Biləsuvarda baş verən kütləvi dava zamanı üç nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə kafelərdən birində baş verib.
Məlum olmayan səbəbdən baş verən davada rayon sakinləri, 1984-cü il təvəllüdlü Taleh Nərimanov, 1973-cü il təvəllüdlü Eldar Hüseynov və 1982-ci il təvəllüdlü Rövşən Abbasov xəsarət alıblar.
Yaralılar dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev