Betona çırpılan maşında xəsarət alanlar oldu
24 oktyabr 2022 08:00 (UTC +04:00)

Betona çırpılan maşında xəsarət alanlar oldu

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı betona çırpılıb.

Qəza zamanı Şəmkir rayon sakiniləri 1995-ci il təvəllüdlü Elxan Əmiraslanov və 1993-cü il təvəllüdlü Nuru Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

# 1284
avatar

Oxşar yazılar