Primorsk vilayətində yeniyetmə yarımçıq tikilinin beşinci mərtəbəsindən yıxılıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, uşaq xəsarətlə Kavalerovskaya Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başlayıb. Tikintisi yarımçıq qalan həmin binaya isə giriş məhdudlaşdırılıb.
Məlumata görə, yeniyetmənin omba sınığı və digər xəsarətlər var.