BDU-nun Jurnalistika fakültəsinin  keçmiş dekanı   vəfat etdi
03 dekabr 2023 00:01 (UTC +04:00)

BDU-nun Jurnalistika fakültəsinin keçmiş dekanı vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Yalçın Mustafa oğlu Əlizadə 83 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə fakültənin müəllimi Əli Hacıyev sosial şəbəkədə bildirib.
  
Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncə şəhərində anadan olub. 1957-ci ildə Bakıda 132 nömrəli orta məktəbi bitirib. 1957-ci ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olub. 1962-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. 1971-1974-cü illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspiranturasında təhsil alıb.

1974-cü ildə "Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1974-1981-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1982-1999-cu illərdə Televiziya və radio jurnalistikası kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-2012-ci illərdə Jurnalistika fakültəsinin dekanı olub. 

Yalçın Əlizadə Azərbaycanda radio jurnalistikasının nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən, bu sahənin ən yaxşı tədqiqatçılarından biri idi. O, televiziya və radio jurnalistikasının aktual problemlərinə dair 100-ə yaxın elmi məqalənin, 4 kitabın müəllifi olub.  

Allah rəhmət eləsin!

# 1920
avatar

Oxşar yazılar

Ağstafada qəza: Gənclər xəsarət aldı 

Ağstafada qəza: Gənclər xəsarət aldı 

25 fevral 2024 , 08:02
Sumqayıtda kişi dəm qazından boğuldu

Sumqayıtda kişi dəm qazından boğuldu

25 fevral 2024 , 00:20
Ermənistanda  əsgər ölüb:   güllə yarasından

Ermənistanda əsgər ölüb: güllə yarasından

25 fevral 2024 , 00:09
Abşeronda PARTLAYIŞ və YANĞIN -YENİLƏNİB -VİDEO

Abşeronda PARTLAYIŞ və YANĞIN-YENİLƏNİB-VİDEO

24 fevral 2024 , 23:24
Samuxda DƏHŞƏT : 17 yaşlı yeniyetmə intihar etdi

Samuxda DƏHŞƏT: 17 yaşlı yeniyetmə intihar etdi

24 fevral 2024 , 23:00
Şəmkirdə maşını aşıran sürücü öldü-YENİLƏNİB

Şəmkirdə maşını aşıran sürücü öldü-YENİLƏNİB

24 fevral 2024 , 22:22
Bakıda kartdan pul oğurlayan qadın tutuldu

Bakıda kartdan pul oğurlayan qadın tutuldu

24 fevral 2024 , 19:41
Xaçmazda avtomobil kişini vurub öldürdü

Xaçmazda avtomobil kişini vurub öldürdü

24 fevral 2024 , 18:55