Balakəndə itkin düşən 27 yaşlı qız tapıldı
14 iyul 2023 16:42 (UTC +04:00)

Balakəndə itkin düşən 27 yaşlı qız tapıldı

0

Balakəndə 27 yaşlı qızın itkin düşməsi barədə xəbər vermişdik.

Lent.az-ın məlumatına görə, itkin düşən rayon sakini İsayeva Leyla Kamaldin qızı tapılıb. Onun şəhər ərazisində olduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayan L. İsayeva tapılaraq, ailəsinə təhvil verilib.

Qeyd edək ki, L. İsayevanın ruhi-əsəb xəstəsi olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2042

Oxşar yazılar