Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, aprelin 5-də saat 13 radələrində Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi “QAZ-24” markalı avtomobil ilə piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub. Azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, S.Abdullayeva 2-ci sinif şagirdi olub. Maşın onu dərsdən çıxıb evə gedəndə vurub.
Faktla bağlı araşdırma aparılır.