Paytaxtın mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumata yayılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Qış parkı"nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Saat 01:21
Bakıda yanğın olub.
Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Hazırda yanğının söndürülməsi işləri aparılır.