Bakıdan uçan təyyarə  tufana görə  geri qayıtdı
13 aprel 2023 11:54 (UTC +04:00)

Bakıdan uçan təyyarə tufana görə geri qayıtdı

0

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-ın mətbuat xidmərindən Lent.az-a verilən məlumata görə, təyyarə yerli vaxtı ilə saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2155

Oxşar yazılar