Bakıdan Tbilisiyə gedən təyyarə geri qayıtdı
07 iyun 2022 23:54 (UTC +04:00)

Bakıdan Tbilisiyə gedən təyyarə geri qayıtdı

0

Bakıdan Tbilisiyə uçan təyyarə əlverişsiz havaya görə geri qayıdıb.

“Buta Airways” aviaşirkətinin Bakı-Tbilisi marşrutu üzrə J2-9225 saylı reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ərazisində hava şəraitinin kəskin pisləşməsi (tufan) səbəbindən uçuş hava limanına  qayıtmaq  qərarına gəlib.

Bu barədə Lent.az-a “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib. 

Qeyd olunub ki, təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla yerə enib.

Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra bu reysin sərnişinləri Tbilisiyə yola düşəcəklər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2210

Oxşar yazılar