Bakı-Sumqayıt şossesində zəncirvari qəza zamanı sərnişin xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində, Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.
“Mitsubishi” markalı avtomobilin qarşısına maneə çıxdığı üçün sürücü qəfil əyləcdən istifadə edib. Eyni istiqamətdə hərəkətdə olan “Renault” , “BMW” , “Chevrolet” , və “Range Rover” markalı avtomobillər ardıcılıqla bir birinə çırpılıb.
Qəza nəticəsində “Chevrolet” markalı avtomobildəki qadın sərnişin xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırma aparılır.