Bakıda yataqxanada yanğın: 52 nəfər təxliyə edildi
16 iyun 2023 09:15 (UTC +04:00)

Bakıda yataqxanada yanğın: 52 nəfər təxliyə edildi

0

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb.

Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1736

Oxşar yazılar