Bakıda yaşayış binasında PARTLAYIŞ:  yaralanan var - FOTO
25 oktyabr 2022 14:37 (UTC +04:00)

Bakıda yaşayış binasında PARTLAYIŞ: yaralanan var - FOTO

Bakıda evdə partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Yasamal rayonu, Mətbuat prospekti, 22 ünvanında yerləşən çoxmərtəbəli binasında qeydə alınıb.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin hamam otağında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, şüşələri qırılıb.

Hadisə nəticəsində 72 yaşlı Manafov Şahin Manaf oğlu xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

# 2745
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11