Bakıda lotereya oğurlanıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində 32 yaşlı Eşqin Sadıqovun lotereya satdığı piştaxtadan 100-ə yaxın lotereya bileti oğurlanıb. E. Sadıqov hadisə barəsində polisə məlumat verib.
Daxil olan məlumat əsasında Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.
Oğurlanan lotereyaların içərisində yüksək məbləğdə uduşun olduğu iddia edilir.