Bakıda taksi  “BMW”-yə çırpıldı, xəsarət alan var
28 oktyabr 2022 06:12 (UTC +04:00)

Bakıda taksi “BMW”-yə çırpıldı, xəsarət alan var

Bakının Sabunçu rayonunda iki avtomobil toqquşub.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində baş verib.

Belə ki, Şamil Kamilov küçəsi ilə hərəkətdə olan Aydın Ağasıyev idarəetməsində olan “Toyota” markalı maşınla Sakit Qocayev küçəsində hərəkətdə olan “BMW”-yə çırpılıb.

Qəza nəticəsində “Toyota”-da olan sərnişin xəsarət alıb.

Maşın deformasiyaya uğrayıb.

Fakt araşdırılır.

# 1545
avatar

Oxşar yazılar