Bakıda sevgilisini qətlə yetirənə HÖKM OXUNDU
19 iyul 2022 13:25 (UTC +04:00)

Bakıda sevgilisini qətlə yetirənə HÖKM OXUNDU

0

 

Bakıda tanışı olan qadını qətlə yetirməkdə təqsirləndirilən Samir Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Samir Sadıqov 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il fevralın 23-də saat 11 radələrində Xəzər rayonu ərazisində yaşadığı evdə Sevinc Cəfərovanın kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsindən qadını qətlə yetirməkdə şübhəli bilinən tanışı Samir Sadıqov tutularaq istintaqa təhvil verilib.

Samir Sadıqovla Sevinc Cəfərova arasında sevgi münasibətinin olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2620

Oxşar yazılar