Bakıda "Şaurma 1"  restoranı yandı - VİDEO
10 yanvar 2024 11:49 (UTC +04:00)

Bakıda "Şaurma 1" restoranı yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən "Şaurma 1" restoranında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Şaurma 1" restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4884
avatar

Oxşar yazılar