Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Binə qəsəbəsində qeydə alınıb. 13 yaşlı Talıb Mahir oğlu Mirzəyev yaşadığı evin həyətində özünü asaraq, həyatına son qoyub.
Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, T. Mirəzyev qəsəbədəki məktəblərin birinin 7-ci sinfində təhsil alırmış.