Bakıda ruhi dispanserdə xəstə öldürülüb? - RƏSMİ AÇIQLAMA  - YENİLƏNİB
21 fevral 2024 11:30 (UTC +04:00)

Bakıda ruhi dispanserdə xəstə öldürülüb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Baş Prokurorluq Respublika Psixiatriya Xəstəxanasında pasiyentin ölməsi barədə məlumat yayıb.

Qurumdan Lent.z-a bildirilib ki, ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsində müalicə alan B.V-nin (şərti) yemək yeyərkən başının arxa hissəsindən sillə vurulması nəticəsində boğularaq ölməsi barədə Baş Prokurorluğun Mətbuat xidmətinə media nümayəndələri tərəfindən çoxsaylı sorğular daxil olub. 

Verilmiş sorğulara cavab olaraq bildirilir ki, həmin faktla bağlı hazırda Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. 

Araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub. 

Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə sillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur.

***

Saat 11:00

Bakının Maştağa qəsəbəsində yerləşən psixiatrik xəstəxanada ölüm hadisəsi olub.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Yayılan məlumatda iddia olunur ki, orada işləyən qadın yemək zamanı 17 yaşlı xəstənin başına zərbə endirib. Nəticədə yemək yeniyetmənin boğazında qalıb və onun ölümünə səbəb olub. Məlumatı paylaşan şəxs bununla bağlı videogörüntülərin də olduğunu bildirib.

Lent.az həmin hadisə ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, hadisə 2023-cü ilin dekabrın 27-də baş verib.

Belə ki, qeyd olunan xəstəxanada müalicə alan, 2006-cı il təvəllüdlü Quliyev Fikrət Elçin oğlu orada dünyasını dəyişib. İlkin səbəb kimi onun boğazında yad cisim qalması göstərilib.

Hazırda faktla bağlı istintaq orqanı tərəfindən araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verməsi araşdırmaların sonunda məlum olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5742
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10