Aprelin 25-də saat 2 radələrində Nizami rayonu ərazisidə “BYD” markalı avtomobildə olan 2 sərnişinin sürücünü bıçaqla hədələyib 550 manatını quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Masallı rayon sakini Renat Şahbazov və Bakı şəhər sakini Elbrus Ələkbərov müəyyən olunaraq saxlanılıblar.