Bakıda qohumunun evindən  56 minlik oğurluq edən qadın   TUTULDU
27 yanvar 2026 14:11 (UTC +04:00)

Bakıda qohumunun evindən 56 minlik oğurluq edən qadın TUTULDU

0

Bakıda ev qarət olunub.

Lent.az-ın məlumatına görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evdən naməlum şəraitdə 51000 manat və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 

Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı G.İsmayılova müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin zərəçəkənin qohumu olduğu və evdən hissə-hissə oğurluq etdiyi məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 486

Oxşar yazılar