Cəsədləri 30 il dondurucuda qalan  ər-arvad dəfn olundu
27 yanvar 2026 15:38 (UTC +04:00)

Cəsədləri 30 il dondurucuda qalan ər-arvad dəfn olundu

0

Finlandiyada 80 yaşlı həkim valideynlərinin cəsədlərini 30 il ərzində dondurucuda saxlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, kişinin sözlərinə görə, bu dəfn forması valideynlərinin son vəsiyyəti olub. Ehtimal edilir ki, gələcəkdə həmin qəbirdə həkimin özü və qardaşı da dəfn ediləcək.

Təqaüdçü artıq ailə məzarlığının yaradılması ilə bağlı rəsmi müraciət edib.

Məlumata əsasən, 1994 və 1995-ci illərdə vəfat etmiş kişi və qadının dondurulmuş cəsədləri hələ 2024-cü ilin sentyabrında şəxsi evdə aşkar edilib. Evin sahibinə vəfat etmiş valideynlərin cəsədlərinə hörmətsizlik etmək ittihamı irəli sürülüb. Yerli hakimiyyət orqanları onların dəfn olunması barədə göstəriş versə də, yaşlı oğul ailəvi dəfni təşkil etmək üçün vaxt qazanmaq məqsədilə bu tələbi məhkəmədə mübahisələndirib.

Jurnalistlər qeyd ediblər ki, vəfat edənlər ölümündən 30 il sonra Finlandiyanın cənub-qərbində yerləşən Turku şəhərinin qəbiristanlığında torpağa tapşırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar