Bakıda qəza: yaralı var-FOTO
06 mart 2024 03:37 (UTC +04:00)

Bakıda qəza: yaralı var-FOTO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib

Lent.az xəbər verir ki, hadisə Təbriz və Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsində qeydə alınıb.

İşıqforun qırmızı işığının tələbini pozaraq yoluna davam edən “Mercedes” markalı maşının sürücüsü avtomobilini yaşıl işıqda hərəkətdə olan digər eyni markalı maşına çırpıb.

Zərbənin təsirindən avtomobillər deformasiyaya uğrayıb. Yol təsərrüfatına ciddi ziyan dəyib. Bir nəfər xəsarət alıb. Hadisə yerinə Nərimanov polisinin əməkdaşları cəlb olunub. Avtomobillər cərimə meydançasına yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

# 2637
avatar

Oxşar yazılar