Bakıda  QƏZA:   Maşın mağazaya dəydi, xəsarət alanlar var
24 oktyabr 2022 05:25 (UTC +04:00)

Bakıda QƏZA: Maşın mağazaya dəydi, xəsarət alanlar var

Bakının Nəsimi rayonunda yol qəzası zamanı  iki nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Azadlıq prospektində qeydə alınıb. 

Belə ki, prospektdə hərəkətdə olan “Ford”markalı maşınının sürücüsü eyni istqamətdə olan “Mercedes” markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən “Mercedes”in sürücüsü sükana nəzarəti itirib.

İdarəetmədən çıxan maşın ağaca çırpılıb daha sonar mağazaya dəyərək dayanıb.

Hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb.

“Ford markalı avtomobilin sürücü və sərnişini xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

# 2562
avatar

Oxşar yazılar