Bakıda  QƏZA:   3 nəfər xəstəxanlıq oldu - FOTO
26 oktyabr 2022 06:31 (UTC +04:00)

Bakıda QƏZA: 3 nəfər xəstəxanlıq oldu - FOTO

Bakının Nəriman Nərimanov rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadfən xəbər verir ki, hadisə Əhməd bəy Ağaoğlu ilə Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Şahbazov Orxan Şöhrət oğlu idarəetməsində olan “Toyota” markalı maşınla kəsişmədən keçərkən 1983-cü il təvəllüdlü Məmmədov Əhliman Əmrah oğluna məxsus “Mercedes” markalı maşına çırpılıb.

Zərbənin təsirindən hər iki sürücü o cümlədən “Mercedes” markalı avtomobildə olan sərnişin - 1987-ci il təvəllüdlü Qasımova Aygün Fikrət qızı müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə Yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, A.Qasımovanın vəziyyəti daha ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

# 1695
avatar

Oxşar yazılar