Bakıda qadın kişilərlə birləşib "Porsche"nin nömrəsini oğurladı - VİDEO
16 mart 2024 13:41 (UTC +04:00)

Bakıda qadın kişilərlə birləşib "Porsche"nin nömrəsini oğurladı - VİDEO

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Porsche” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının Nərimanov rayonu ərazisində oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisədə şübhəli bilinən Bayramov Şahin, Əsədov Xəyal və dəstə üzvü olan bir qadın saxlanılılıblar. Oğurlanan dövlət qeydiyyat nişanı həmin şəxslərdən aşkar olunub və sahibinə qaytarılıb.

Araşdırma zamanı saxlanılanların narkotik vasitə aludəçisi olduqları da müəyyən olunub. Ş.Bayramov, X.Əsədov və dəstə üzvü olan bir qadının Bakı şəhərində analoji cinayətlərdə iştiraklarının olub-olmamaları araşdırılır.

# 2322
avatar

Oxşar yazılar