Bakıda avtomobillər qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 9-da Xətai rayonu ərazisində “Toyota” və “Volkswagen” markalı 2 avtomobildən müxtəlif üsul və vasitələrlə mobil telefon, içərisində pul və bank kartı olan cüzdan oğurlanıb. Həmçinin “Mercedes” markalı digər avtomobildən isə oğurluğa cəhd edilib.
Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Sədaqət Quliyeva və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.
Araşdırma aparılır.