Paytaxt parklarında istirahət edən şəxslərə yaxınlaşaraq özünü polis əməliyyatçısı kimi təqdir edərək pul tələb edən şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məluamat görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 35 yaşlı Rəsul Əliyev tutularaq məsuliyyətə cəlb edilib.
Araşdırmalar davam etdirilir.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə 102 - Zəng Mərkəzinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinə, yaxud 18-ci Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.