Bakıda qadına qarşı dələduzluq edilib.
Lent.az xəbər verir ki, paytaxt sakini olan Veronika Pirizadə bir müddət əvvəl məişət əşyaları satılan dükanların birində kart vasitəsilə 3000 manat ödəyərək İtaliya istehsalı olan çil-çıraq alıb. Lakin bir gün sonra həmin məhsulun İtaliya deyil, yerli istehsal olduğu üzə çıxıb.
Qadın həmin mağazaya gedib ödənişi geri istəyəndə isə kobud rəftarla qarşılaşıb. Bu səbəbdən zərərçəkən polisə müraciət edib.
Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının məsələyə müdaxiləsi nəticəsində qadının hüquq pozuntusu bərpa olunub və ona dəyən maddi ziyan geri qaytarılıb.