Bakıda marketdən 12 min manat  oğurlandı
27 may 2025 11:47 (UTC +04:00)

Bakıda marketdən 12 min manat oğurlandı

Bakının Xəzər rayonunda yerləşən marketlərin birindən 12600 manat oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini 30 yaşlı C.Qasımlı saxlanılıb.

Səbail rayonu ərazisində də analoji hadisə baş verib. Marketlərin birindən 1133 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 24 yaşlı İ.Həsənov və 34 yaşlı Ş.Xudiyeva saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar