Bakıda kütləvi dava: Bir nəfər bıçaqlandı
09 aprel 2023 22:41 (UTC +04:00)

Bakıda kütləvi dava: Bir nəfər bıçaqlandı

0

Bakının Nizami rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə Babək prospektində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Nağıyev Vüsal İkram oğlu "Qarabağlar" restoranından çıxarkən üç nəfər naməlum şəxs onu döyüb.

Daha sonra V.Nağıyev bıçaqlanıb.

Yaralı bədənin bir neçə yerindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayonu Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3766

Oxşar yazılar