Bakıda kütləvi dava olub.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Babək prospektində qeydə alınıb. Bir qrup yeniyetmə arasında düşən davada Tahir Abbaszadə bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinənlərdən ikisi 17 yaşlı Fuad Eminli və Malik Avbdullayev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.