Bakıda kütləvi dava: 3 yaralı, 2 həbs  
16 may 2022 23:25 (UTC +04:00)

Bakıda kütləvi dava: 3 yaralı, 2 həbs  

Bakının Binəqədi rayonunda dava zamanı 3 nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə avtomobil ehtiyat hissələri bazarında qeydə alınıb.

Avtomobil ehtiyat hissəsi mağazasının satıcıları - 1994-cü il təvəllüdlü Zöhrabov Elnur Əziz oğlu, 1997-ci il təvəllüdlü Əliyev Fikrət Əziz oğlu və onun əkizi Əli mağazanın müştəriləri tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Hər üç yaralı müxtəlif bədən xəsarətləri aldığından 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Qarşıdurma ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları iki nəfəri saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.
 

# 2373
avatar

Oxşar yazılar