Bakıda küçədən insan sümüklərinin tapılması ilə bağlı araşdırma başlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, aprelin 19-u saat 11 radələrində Nəsimi rayonu ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.
***
Saat: 14:23
Bakıda meyit tapılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu, Ə.Hüeynov küçəsində qeydə alınıb. Küçədəki binalardan birinin arxasında çürümüş qadın meyiti aşkar edilib. Onun kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.