Bakıda zibil qutusundan yeni doğulmuş qız uşağının tapılması barədə xəbər vermişdik.
Lent.az xəbər verir ki, körpəsini zibil qutusuna atan ana, 1992-ci il təvəllüdlü Səbinə Qasımova məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması və polis əməkdaşları tərəfindən tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılıb.
Körpəni məişət tullantıları qutusuna atan ana S.Qasımova saxlanılıb, onun izahahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib.
Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir.