Bakıda kanaldan qadın meyiti tapıldı - YENİLƏNİB
07 iyul 2025 15:45 (UTC +04:00)

Bakıda kanaldan qadın meyiti tapıldı - YENİLƏNİB

Bakıda kanaldan meyiti tapılan şəxsin kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Abşeron magistral su kanalının Binə qəsəbəsindən keçən hissəsində meyiti tapılan şəxs 67 yaşlı Xurşud Fərəcovadır. Meyit tapılarkən üzərində xəsarət və zorakılıq izləri olmayıb.

Onun ehtiyatsızlıqdan, yaxud intihar məqsədilə suya düşdüyü hələlik bilinmir.

Hazırda faktla bağlı araşdırma aparılır.

***
15:24

Abşeron magistral kanalında meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Abşeron magistral kanalının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən keçən hissəsində suyun üzərində aşkarlanan bir nəfərin meyitinin götürülməsi ilə bağlı müraciət daxil olub.

Müraciətlə əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980

Oxşar yazılar