Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.
Əli Bayramov küçəsində yolu keçən 1990-cu il təvəllüdlü Məmmədova Sonaxanım Xalid qızı və 1989-cu il təvəllüdlü Məmmədova Günel Atif qızını minik avtomobili vurub. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Nurlan Əli