Bakıda iki avtomobil toqquşdu,  xəsarət alan var - FOTO
03 iyun 2022 03:03 (UTC +04:00)

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var - FOTO

 


Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, “Tofaş” markalı avtomobiin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə birgə yolayrıcından keçərkən onun maşınına “Chevrolet” markalı minik avtomobili çırpılıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Avtomobillərə isə ciddi ziyan dəyib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

# 1794
avatar

Oxşar yazılar