Bakıda hündürmərtəbəli binanın lifti qırıldı, yaralılar var -YENİLƏNİB
18 iyun 2022 13:19 (UTC +04:00)

Bakıda hündürmərtəbəli binanın lifti qırıldı, yaralılar var -YENİLƏNİB

TƏBİB Bakıda hündürmərtəbəli binada liftin qırılması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

TƏBİB-dən Lent.az-a bildirilib ki, xəsarət alan 5 nəfərdən 4-ü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub.

Qeyd olunub ki, 1 nəfər tibb müəssisəsinə getməkdən imtina edib.

3 saylı Kliniki Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Qəza zamanı xəsarət alan 1 nəfər qapalı fəqərə sütunu travması L3-L4 fəqərələrinin cismində çökmə tipli sınıq diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasında zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 2 nəfər ambulator müayinə edilib, 1 nəfər azyaşlıya sağ qamış sümüyünün yuxarı 1/3-nin sınığı diaqnozu ilə, digər bir nəfərə isə sol bayır kondilusun sınığı diaqnozu ilə gips langet qoyulub.

 

***

10:56

 

Bakıda hündürmərtəbəli binanın lifti qırılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Nizami rayonunda qeydə alınıb.

“Yeni Ev 7” MTK-ya məxsus binada lift qırılaraq şaxtaya çırpılıb.

Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4851
avatar

Oxşar yazılar