8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatları keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, məhkum Cavid Zəbulla oğlu İbadova qardaşı Pərviz Zəbulla oğlu İbadovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman dəmir yağ qutusunun içində xüsusi üsulla gizlədilmiş 1 ədəd “Hisense” və 1 ədəd “Samsung” markalı mobil telefon aparatları, 3 ədəd danışıq kartı, 1 ədəd elektrik qidalandırıcı və 2 ədəd qulaqcıq aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.